Rusiya prezidentinin mətbuat katibi Dmitriy Peskovun qızı Türkiyə mətbuatına açıqlama verib.
“Qafqazinfo” xəbər verir ki, 18 yaşlı Yelizavetta (Liza) Peskova Ankarada doğulduğunu qeyd edib. Rusiya-Türkiyə arasındakı böhrana toxunan Liza bundan adi insanların daha çox zərər çəkdiyini deyib:
“Türkiyə mənim üçün Rusiya qədər vətənim sayılır. Baş verən son xoşagəlməz hadisələr fikirlərimi dəyişmədi.
Moskvadakı evimiz kiçik Türkiyə kimidir. Atam və babam hər ikisi türkoloqdurlar. Mən, atam Ankaradakı Rusiya səfirliyində diplomat olaraq işləyəndə dünyaya gəlmişəm. Ailəmə bir türk ailəsi desəm yalan olmaz”.
Liza ən çox sevdiyi türk romanının Rəşat Nuri Güntekinin “Çalı kuşu” əsəri olduğunu deyib.




Son xəbərlər
Son Xəbərlər