“Türkiyə vurulan rus təyyarəsinə görə təəssüflənmir, lakin...” - Nazir

turkiye-vurulan-rus-teyyaresine-gore-teessuflenmir-lakin
Oxunma sayı: 2412

“Türkiyə ötən ilin noyabrında Türk Hava Qüvvələri tərəfindən vurulan rus bombardmançı ilə bağlı insidentə görə təəssüf hissi keçirmir, lakin ona görə kədərlənir”.

Qafqazinfo”nun türk mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə Türkiyənin energetika naziri Nihat Zeybekçi bildirib.

“Rus pilotun öldürülməsi və təyyarənin məhv edilməsi məsələsi çox kədərlidir və biz bu hadisəyə görə çox kədərliyik. Rusiya tərəfinə də kədərlənmək düşür. Ümid edirik ki, onlar da Türkiyə hava sərhədini tez-tez pozduqlarına görə kədərlənirlər.”, - N. Zeybekçi söyləyib.

Nazirin sözlərinə görə, bu situasiyada haqlı tərəf Türkiyə olub: “Məhz rus təyyarəsi 13-14 dəqiqə ərzində Türkiyənin hava sərhədini pozub. Halbuki pilota dəfələrlə xəbərdalıq edilmişdi. Heç kimə sirr deyil ki, bu hadisə Türkiyənin turizminə və ixrac sahəsinə mənfi təsir edib. Bu təsir Rusiyadan da yan ötüşməyib. Hazırda ən ağlabatan yol münasibətləri normallaşdırmaqdır”.