“Türkiyə xalqı həmişə bütün çətinliklərin öhdəsindən gəlib” - Ərdoğan

“Türkiyə xalqı həmişə bütün çətinliklərin öhdəsindən gəlib”
Oxunma sayı: 1565

“Türkiyə keçmişdə çoxlu zəlzələlər yaşayıb, amma Türkiyə xalqı həmişə böyük əzmlə bütün çətinliklərin öhdəsindən gəlib”.

“Qafqazinfo”nun "Anadolu" agentliyinə istinadən məlumatına görə, bu sözləri güclü zəlzələdən ziyan çəkən Elazığ şəhərinə səfər edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Türkiyə hökuməti və Türkiyə xalqı onlardan asılı olan hər şeyi edir və etməyə davam edəcəklər. Dağıntıların aradan qaldırılması işləri davam etdiriləcək”, - Ərdoğan bildirib.

Onun sözlərinə görə, Kollektiv Mənzillər İdarəsi yeni yaşayış evlərinin tikintisi üçün lazımi addımlar atacaq.

Qeyd edək ki, ötən gün Türkiyənin Elazığ rayonunun Sivricə əyalətində 6.8 bal gücündə zəlzələ baş verib. Zəlzələ yerli vaxtla saat 20:55-də qeydə alınıb. Təbii fəlakət nəticəsində 20-dən çox insan həlak olub, 1500-ə yaxın şəxs yaralanıb.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi