Türkiyə xarici işlər naziri Azərbaycanda

turkiye-xarici-isler-naziri-azerbaycanda
Oxunma sayı: 1258

Türkiyə müvəqqəti hökumətinin xarici işlər naziri Firudin Sinirlioğlu Azərbaycana səfərə gəlib.

“Qafqazinfo” report-a istinadən xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Hava Limanında naziri Azərbaycanın rəsmi şəxsləri qarşılayıblar.

F.Sinirlioğlu səfər zamanı Şəhidlər və Fəxri xiyabanı, həmçinin türk şəhidlərinin abidəsini ziyarət edəcək.

O daha sonra Azərbaycan prezidenti İlham Əliyev, həmçinin xarici işlər naziri Elmar Məmmədyarovilə görüşəcək.

Türkiyənin XİN başçısı Bakıda ikitərəfli münasibətlərin perspektivlərini, regional və dünyada baş verən hadisələri müzakirə edəcək.