Türkiyə xaricində səs verənlərin sayı 1 milyonu ötdü

turkiye-xaricinde-ses-verenlerin-sayi-1-milyonu-otdu
Oxunma sayı: 2655

Türkiyədəki prezident seçkilərinin ikinci turunda xaricdə səs verənlərin sayı 1 milyonu ötüb.

“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, dünən başlayan səsvermə prosesi ölkə xaricindəki nümayəndəlik və gömrüklərdə davam edir.

Hazırda səs verən seçicilərin ümumi sayı 1 milyon 38 min nəfərə çatıb.

Qeyd edək ki, xaricdəki nümayəndəliklərdə səsvermə prosedurları mayın 24-də başa çatacaq.