Türkiyə xaricində prezident və parlament seçkiləri üçün səs verən şəxslərin sayı 1 milyonu keçib.
“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə ölkənin Ali Seçki Komissiyası məlumat yayıb.
İndiyədək ölkə xaricindəki seçicilərin 1 milyon 7 min 165 nəfəri səsvermə hüququndan istifadə edib.
Qeyd edək ki, Türkiyədə prezident və parlament seçkiləri 14 mayda keçiriləcək.
Son xəbərlər
Son Xəbərlər