Türkiyə xaricindəki bu ölkələrdə səsvermə müddəti uzadıldı

turkiye-xaricindeki-bu-olkelerde-sesverme-muddeti-uzadildi
Oxunma sayı: 1501

Türkiyə xaricindəki 5 ölkədə prezident seçkilərinin səsvermə müddəti uzadılıb.

“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, həmin ölkələr ABŞ, Kanada, Avstraliya, İrlandiya və İngiltərədir.

Xaricdə səsvermə mayın 20-də başlayacaq və mayın 24-də başa çatacaq, lakin seçici sayının çox olduğu bu ölkələrdə səsvermə prosesi 1 gün daha uzadılacaq.