Türkiyə XİN türkmən zabitin sui-qəsdini pislədi

turkiye-xin-turkmen-zabitin-sui-qesdini-pisledi
Oxunma sayı: 2788

Türkiyə İraq Türkmən Cəbhəsi Təhlükəsizlik İdarəsinin keçmiş zabiti Əhməd Tahirin bu gün sui-qəsd nəticəsində öldürülməsini pisləyib.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı Türkiyə XİN məlumat yayıb.

"Terror aktı təkcə İraq türkmənlərinin deyil, həm də İraqın sabitliyini hədəfləyir. Biz səlahiyyətlilərdən hücumun səbəbkarlarının dərhal müəyyən edilərək məsuliyyətə cəlb olunmasını gözləyirik”, - deyə XİN-dən bildirilib.