Türkiyə yanğınlarla bağlı bütün imkanlarını səfərbər etdi

turkiye-yanginlarla-bagli-butun-imkanlarini-seferber-etdi
Oxunma sayı: 2009

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin turizm bölgələrindəki meşə yanğınları ilə bağlı kənd təsərrüfatı və meşə naziri Bəkir Pekdemirli, Ətraf mühit və şəhərsalma naziri Murad Kurum, xarici işlər naziri Mövlud Çavuşoğlu ilə telefonla danışıb.

“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, Ərdoğan meşə yanğınlarının söndürülməsi işini yaxından izlədiyini bildirib və yanğının nəzarətə alınması ilə bağlı tez-tez nazirlərlə danışaraq məlumat alır. O qeyd edib ki, yanğınların qarşısını almaq üçün dövlət bütün imkanlarını səfərbər edib.

Türkiyə Prezidenti həyatını itirən vətəndaşların yaxınlarına başsağlığı verib, yanğından təsirlənən bölgə sakinlərinə “keçmiş olsun” diləklərini çatdırıb və vətəndaşların yanında olduğunu söyləyib.