Türkiyə yenə silkələndi

turkiye-yene-silkelendi
Oxunma sayı: 1540

Türkiyənin Tunceli şəhərinin Pülümür rayonunda 4,1 bal gücündə zəlzələ olub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Türkiyə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Zəlzələ saat 13:02 radələrində 9.74 kilometr dərinlikdə baş verib.

Dağıntı və itkilər qeydə alınmayıb.