Türkiyə yeni baş nazirini seçdi - Fotolar + Yenilənib

turkiye-yeni-bas-nazirini-secdi
Oxunma sayı: 6529

Türkiyədə hakim Ədalət və İnkişaf Partiyasının (AKP) fövqəladə qurultayı keçirilir.

Qafqazinfo” Sozcu.com-a istinadən xəbər verir ki, qurultay “Ankara Arena”da baş tutur. AKP-nin yeganə baş nazir namizədi Binəli Yıldırım da arenanın salonuna 11:30-da daxil olaraq öz yerini tutub. Namizəd partiya üzvlərini “Ərdoğan mahnısı” ilə salamlayıb.

Qurultaya 6 min adam dəvət olunub. Davudoğlunun seçildiyi seçkidə qurultaya əcnəbi siyasətçilər də dəvət olunsa da, bu dəfəki qurultayda xarici ölkə nümayəndələri yer almayıb.

Qurultayda hazırkı baş nazir Əhməd Davudoğlunun da çıxışı gözlənilir.

Qeyd edək ki, səsvermədə 1470 nümayəndə səs verəcək.

***

Konqresdə Davudoğlu da vida çıxışı edib. O, tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

***

Artıq konqresdə səsvermə mərhələsi başlayıb.

***

Binəli Yıldırım qurultay iştirakçılarından 1405 nəfərin səsini alaraq AK partiyasının yeni sədri seçilib.