Türkiyə yeni havadan müdafiə sistemi yaratdı

turkiye-yeni-havadan-mudafie-sistemi-yaratdi
Oxunma sayı: 5390

Türkiyədə yeni hava hücumundan müdafiə sisteminin istehsalına başlayıb.

“Qafqazinfo” TRT kanalına istinadən xəbər verir ki, hərbi texnikanı ASELSAN şirkəti hazırlayıb.

Bildirilib ki, "Gürz" adlı sistem aşağı hündürlükdə uçan hava hədəflərini (helikopter, döyüş təyyarələri, qanadlı raketlər və hava-yer sursatlarını) məhv edəcək.

Bu sistem ilk dəfə "IDEF-2023" sərgisində nümayiş olunacaq.