Türkiyə yenidən 3 günlük qapanmaya gedir

turkiye-yeniden-3-gunluk-qapanmaya-gedir
Oxunma sayı: 2031

Türkiyə hökuməti ölkədə yoluxma hallarının artması fonunda cümə günündən bazar gününə qədər 3 günlük komendant saatı tətbiq edəcək.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyi məlumat yayıb.

“23 aprel rəsmi tətil - Milli İstiqlal və Uşaqlar Günü olduğuna görə, bu həftə komendant saatı 22 aprel saat 19:00-da başlayacaq və 26 aprel saat 05:00-da bitəcək”,- deyə məlumatda qeyd olunub.

Komendant saatının tətbiq olunduğu dövrdə vətəndaşlar yalnız saat 10:00-dan 17:00-dək mağaza və apteklərə, həkimə getmək və ev heyvanını gəzdirmək məqsədilə evlərindən çıxa bilərlər.

Qeyd edək ki, Türkiyədə bu günə qədər 4 milyon 446 min 591 nəfər koronavirusa yoluxub, 36 min 975 nəfər xəstəlik səbəbindən həyatını itirib.