“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, 1 May günü ilə əlaqədar Taksim meydanına girişin qadağan edildiyinə baxmayaraq 30-a yaxın şəxs əvvəldən saxlandıqları oteldən çıxaraq meydana toplaşıblar.
Kommunist Partiyası üzvləri olduğu deyilən qrupla polis arasında qarşıdurma yaşanıb. Ümumilkdə isə ölkə ərazisində Beşiktaş, Taksim və Okmeydanda 1 May nümayişinə çıxan 11 nəfər saxlanılıb. İstanbulda 20 min polis yaşanacaq hər hansı kütləvi qarşıdurmanın qarşısını almaq üçün start vəziyyətini alıb.
Son xəbərlər
Son Xəbərlər