Türkiyə yığmasında daha bir itki

turkiye-yigmasinda-daha-bir-itki
Oxunma sayı: 3155

AÇ-2024-də iştirak edəcək Türkiyə yığması növbəti ciddi itki ilə üzləşib.

“Qafqazinfo” xəbər verir ki, “ay-ulduzlular”ın daha bir futbolçusu Almaniyada baş tutacaq qitə birinciliyinə qatılmayacaq.

Söhbət Ozan Kabakdan gedir. 24 yaşlı müdafiəçi İtaliya ilə yoldaşlıq matçında (0:0) zədələnərək sıradan çıxıb. Tibbi müayinələrdən sonra Ozanın sağ dizinin ön çarpaz bağında yırtıq aşkarlanıb.

Qeyd edək ki, bunadək Çağlar Söyüncü və Enes Ünalın da zədə ilə əlaqədar AÇ-2024-ə aparılmayacağı bəlli olmuşdu.