Türkiyə yığmasının oyunu ləğv edildi

turkiye-yigmasinin-oyunu-legv-edildi
Oxunma sayı: 3793

Türkiyə yığmasının Şimali İrlandiyaya qarşı mayın 31-də keçirəcəyi yoldaşlıq görüşü ləğv edilib.

“Qafqazinfo” xəbər verir ki, buna səbəb britaniyalıların qarşılaşmadan imtina etməsidir. 

Şimali İrlandiya Futbol Federasiyası Çempionlar Liqasının finalının İstanbuldan alınmasından sonra belə qərar qəbul edib. Səbəb kimi isə Türkiyənin “qırmızı zona” siyahısına salınmasıdır.