Türkiyə yol qəzası - 2 ölü, 4 yaralı

turkiye-yol-qezasi
Oxunma sayı: 1012

Türkiyənin Ankara şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

"Qafqazinfo"nun Türkiyə mətbuatına istinadən məlumatına görə, bir yük maşını ilə bir avtomobilin toqquşması nəticəsində 2 nəfər ölüb, 4 nəfər yaralanıb. Avtomobilin sürücüsü idarəetməni itirərək dayanan yük maşını ilə toqquşub.

Xəsarət alanlar xəstəxanaya yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, iki nəfər vəfat edib.

Faktla bağlı araşdırma aparılır.