Türkiyədə FETÖ ilə əlaqədə şübhəli bilinən hərbi birləşmələrə qarşı yeni əməliyyat keçirilib.
“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, eyni anda 20 bölgədə aparılan əməliyyatlar zamanı 102 nəfər saxlanılıb. Onların arasında polkovnik, polkovnik leytenant, kapitan və mayorların olduğu bildirilir.
Qeyd edilir ki, yaxalanan 102 nəfərdən 50-si İstanbulda olub. Həmin şəxslərin barəsində saxlanılma qərarı verilib.
Aysel Kərimova
Son xəbərlər
Son Xəbərlər