Türkiyədə 117 yaşlı qadın koronavirusdan sağaldı

turkiyede-117-yasli-qadin-koronavirusdan-sagaldi
Oxunma sayı: 1077

Türkiyədə koronavirusa yoluxan 117 yaşlı qadın sağalıb.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, yaşlı qadın xəstəxanaya getmədən COVID-19-a qalib gəlib.

Hakkarinin Akçadam kəndinin sakini Muteber Engindeniz, xəstəliyi ağır keçirmədiyi üçün ev şəraitində karantinə alınıb. O, bu müddət ərzində sadəcə, ağartı məhsulları qəbul edib.

Qeyd edək ki, 5 uşaq anası olan qadının 36 nəvəsi var.