Türkiyədə 12 nəfər koronavirus şübhəsi ilə xəstəxanaya yerləşdirildi

turkiyede-12-nefer-koronavirus-subhesi-ile-xestexanaya-yerlesdirildi
Oxunma sayı: 2166

Türkiyənin Aksaray şəhərində 9-u çinli, 3-ü türk olmaqla 12 nəfər koronavirus şübhəsi ilə xəstəxanaya yerləşdirilib.

“Qafqazinfo” “Hürriyet”ə istinadən xəbər verir ki, xəstələrdə baş gicəllənməsi, bulantı və qusma əlamətləri görülüb. 9 Çin vətəndaşının təxminən 5 gün əvvəl Türkiyəyə gəldikləri məlum olub.

Səhiyyə Nazirliyi 12 xəstəni nəzarətdə saxladığını açıqlayıb. Xəstəxana işçilərinə qoruyucu maskalar paylanıb. Hazırda analizlər aparılır.