Türkiyədə 13,5 milyon insan zəlzələnin təsirinə məruz qalıb

turkiyede-135-milyon-insan-zelzelenin-tesirine-meruz-qalib
Oxunma sayı: 1841

Türkiyədə 13,5 milyon vətəndaş dünən ölkədə baş verən güclü zəlzələnin birbaşa təsirinə məruz qalıb.

“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə məlumatı ölkənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum açıqlayıb. 

Xatırladaq ki, Türkiyədə fevralın 6-sı baş verən 7,7 bal gücündə zəlzələ nəticəsində 3382 nəfər həlak olub, 20 426 nəfər yaralanıb. Ölkədə 5775 bina dağılıb.