Türkiyədə 15 avtomobil bir-birinə girdi - Yaralılar var + Fotolar

turkiyede-15-avtomobil-bir-birine-girdi
Oxunma sayı: 1091

Türkiyənin Bolu rayonunun Gərədə qəsəbəsində magistral yolda 15 avtomobilin iştirakı ilə zəncirvari qəza baş verib.

“Qafqazinfo” “CNN Türk”ə istinadən xəbər verir ki, hadisə bir TIR-ın buzlu yolda sürüşməsindən sonra baş verib.

Məlumata görə, TIR sürüşərək yolu kəsdiyi üçün arxadan gələn avtomobillər də ona çırpılıb. Nəticədə biri ağır olmaqla 4 nəfər xəsarət alıb.

Hadisə yerinə çoxlu sayda təcili yardım briqadaları və xilasedicilər cəlb edilib. Yaralılar xəstəxanaya yerləşdirilib.

Əzilən avtomobillər isə xüsusilə texnikalar vasitəsilə yolun hərəkət hissəsindən götürülüb.