Türkiyədə 16 yaşlı sərxoş yeniyetmə qəza törətdi - Ölənlər var

turkiyede-16-yasli-serxos-yeniyetme-qeza-toretdi
Oxunma sayı: 1466

Türkiyədə Manisanın Kula rayonunda iki avtomobil toqquşub.

“Qafqazinfo” TRT-yə istinadən xəbər verir ki, nəticədə 4 nəfər həyatını itirib, 2 nəfər isə ağır yaralanıb.

Qəza saat 04.00 radələrində İzmir-Ankara avtomobil yolunun Alparslan Türkeş qovşağında baş verib.

Bildirilir ki, 16 yaşlı H.Y. sürücülük vəsiqəsi olmadan, sərxoş halda idarə etdiyi maşınla yol kəsişməsindən şəhərə daxil olmaq istəyən İbrahim Öztürkün idarə etdiyi avtomobilə çərpılıb.

Toqquşmanın şiddətindən hər iki maşşın yararsız hala düşüb.

Hadisə yerinə çox sayda təcili yardım, xilasetmə və polis qrupları göndərilib. Sürücülər ilkin müdaxilədən sonra Kula Dövlət Xəstəxanasına aparılıb.

İbrahim Öztürkün idarə etdiyi avtomobildə olan sərnişinlər arasında olan İzzet İyli, Mehmet Yılmaz, Emir Öztürk və Burakcan Öztürkün həyatını itirdiyi müəyyən edilib.

Xəstəxanada müalicə alan yaralı sürücülərin həyati təhlükəsinin davam etdiyi bildirilib. Qəza ilə bağlı araşdırmalara başlanılıb.