Türkiyə Silahlı Qüvvələrinin 1684 zabiti ordudan tərxis olunub.
“Qafqazinfo”nun Türkiyə KİV-nə istinadən verdiyi məlumata görə, Quru qoşunlardan 87 general, 726 polkovnik, 256 starşina, Hərbi Dəniz Qüvvələrindən 32 admiral, 59 polkovnik, 63 starşina, Hərbi Hava Qüvvələrindən isə 30 general, 314 polkovnik, 117 starşina kənarlaşdırılıb.
Qeyd edək ki, Türkiyədə iyulun 15-dən 16-na keçən gecə dövlət çevrilişinə cəhd edilib. Hadisədə 246 nəfər ölüb, 2000-dən çox insan xəsarət alıb.
Son xəbərlər
Son Xəbərlər