Türkiyədə 1700-dən çox polislə narkotacirlərə qarşı geniş əməliyyat - Video

turkiyede-1700-den-cox-polisle-narkotacirlere-qarsi-genis-emeliyyat
Oxunma sayı: 965

Türkiyənin Qaziantep şəhərində narkotik ticarəti əleyhinə genişmiqyaslı əməliyyat başlayıb.

“Qafqazinfo” “Hürriyet”ə istinadən xəbər verir ki, əməliyyata 1720 polis, xüsusi təyinatlılar, helikopterlər, dedektiv itlər cəlb olunub. Müxtəlif ünvanlara edilən basqınlar 24 saat davam edəcək. Artıq bir neçə məhəllə polis tərəfindən mühasirəyə alınıb.

Evlərin, demək olar ki, hamısına təhlükəsizlik kameraları yerləşdirilib.