Türkiyədə 172 minə yaxın binada yoxlama aparılıb

turkiyede-172-mine-yaxin-binada-yoxlama-aparilib
Oxunma sayı: 1815

Türkiyədə zəlzələdən zərərgörən 10 vilayətdə 171 882 binada yoxlamalar aparılıb.

“Qafqazinfo” “Cümhuriyet”ə istinadən xəbər verir ki, bu barədə məlumatı Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim naziri Murat Kurum açıqlayıb.

Onun sözlərinə görə, 24 921 binada uçan, təcilən sökülməli olan və ciddi zərər görmüş 120 940 mənzil var.