Türkiyədə 18 məhəllədə komendant saatı elan olundu

turkiyede-18-mehellede-komendant-saati-elan-olundu
Oxunma sayı: 1429

Türkiyənin Mardin vilayətinin Mazıdağı, Derik ve Kızıltepe rayonlarının 18 kənd məhəlləsində və əlaqəli kəndlərdə PKK terror təşkilatına qarşı əməliyyat başladılıb.

“Qafqazinfo” xəbər verir ki, əməliyyatla əlaqədar olaraq Mardin rəhbərliyi tərəfindən 18 məhəllədə komendant saatı və küçəyə çıxma qadağası tətbiq edilib.

Bölgə rəhbərliyinin açıqlamasında qeyd olunub ki, vətəndaşların mülki təhlükəsizliyinin təmin olunması üçün aralarında təşkilat rəhbərlərinin də olduğu ehtimal olunan PKK üzvlərinin zərərsizləşdirilməsi, istifadə etdikləri sığınacaq və anbarların məhv edilməsi, bölgədəki məhəllələrdə axtarılan şəxslərin saxlanılması məqsədilə anti-terror əməliyyatı təşkil olunub.

Açıqlamada saat 06:00-dan etibarən Mazıdağı rayonunun Meşeli, Yalınağaç Ürünlü, Yevri, Armağan, Konur və Kocaköy, Derikin Çayköy, Bozok, Kelek, Gündik, Harmanlı ve Giriktepe, Kızıltepenin Akçapınar Gürmeşe, Çimenlik, Örencik ve Doğanlı məhəllələrində küçəyə çıxma qadağası elan edilib.