Türkiyədə 2 bacı başından güllələndi - Ata və qardaşlar tutuldu

turkiyede-2-baci-basindan-gullelendi
Oxunma sayı: 1713

Türkiyənin Afyonkarahisar rayonunun Çayüstü kəndində iki bacı - 20 yaşlı Aysel Şahin və 16 yaşlı Xədicə Şahin evlərində başlarından vurulmuş halda tapılıblar.

“Qafqazinfo” “Posta”ya istinadən xəbər verir ki, onların cansız bədənlərini qohumları aşkarlayıblar.

Polislər qızların atası və 2 qardaşını şübhəli şəxs qismində saxlayıb.

Kəndə giriş-çıxış bağlanılıb. Hazırda cinayətdə istifadə edilən silah axtarılır.