Türkiyədə 2 əsgər şəhid olub

turkiyede-2-esger-sehid-olub
Oxunma sayı: 770

Türkiyənin Tendürek dağı bölgəsində ordu ilə PKK terrorçuları arasında atışma baş verib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə "Hürriyet" məlumat yayıb.

Tendürek dağında keçirilən əməliyyat zamanı təhlükəsizlik qüvvələri ilə terrorçular arasında silahlı qarşıdurma olub. Hadisə nəticəsində 2 əsgər şəhid olub, 11 isə yaralanıb. Onlardan ikisinin vəziyyətinin ağır olduğu bildirilib. Havadan da  dəstək verilən əməliyyat zamanı 8 PKK-lı terrorçu öldürülüb.