Türkiyədə 2019 “Fuad Sezgin ili” elan edildi

turkiyede-2019-fuad-sezgin-ili-elan-edildi
Oxunma sayı: 1415

Türkiyədə 2019-cu il “Fuad Sezgin ili” elan edilib.

“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə prezident Rəcəb Tayyib Ərdoğan sərəncam imzalayıb. 

1924-cü ildə Bitlisdə dünyaya gələn Fuad Sezgin elm aləmində tanınmış şərqşünasdır. Ərəb dili və ədəbiyyatı üzrə doktorluq dərəcəsi olan Sezgin 1954-cü ildə dosent olub. İslam elminin tarixi araşdırmaçısı olan Fuad Sezgin bu il iyunun 30-da 94 yaşında dünyasını dəyişib.