Türkiyədə 210 hərbiçi saxlanıldı - Video

turkiyede-210-herbici-saxlanildi
Oxunma sayı: 1801

Türkiyə hüquq-mühafizə orqanları Fətullah Gülənin rəhbəri olduğu “FETÖ” terror qruplaşması ilə əlaqədə şübhəli bilinən 210 hərbiçini saxlayıb.

“Qafqazinfo”nun “CNN Türk”ə istinadən verdiyi xəbərə görə, polis və jandarma qüvvələri əməliyyatı İstanbulun rayonlarında keçiriblər. 

Saxlanılanlar arasında 5 polkovnik, 7 polkovnik-leytenant, 14 mayor, 33 kapitan, 49 leytenant və 102 serjant var.

Məlumata görə, şübhəlilərdən 105-i haqqında artıq həbs qərarı verilib.