Türkiyədə 3 günlük qadağa sona çatdı

turkiyede-3-gunluk-qadaga-sona-catdi
Oxunma sayı: 697

Türkiyənin Diyarbəkir vilayətinin 43 kəndində 30 maydan etibarən qüvvədə olan küçəyə çıxma qadağası bu gün səhər başa çatıb.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, qadağanın qüvvədə olduğu 3 gün ərzində PKK terror təşkilatına qarşı əməliyyatlar keçirilib.

Buna görə də, əhalinin təhlükəsizliyini qorumaq üçün onların küçəyə çıxmasına icazə verilməyib.

10 mindən çox polis, hərbçi və təhlükəsizlik əməkdaşlarının iştirak etdiyi əməliyyatlar nəticəsində PKK-ya məxsus sığınacaqlar məhv edilib, onlarla terrorçu zərərsizləşdirilib. Həmçinin, daha öncə müxtəlif teraktlarda iştirak etmiş terrorçular da ələ keçirilib.