Türkiyədə 346 fəhlə xəstəxanalıq oldu - Kütləvi zəhərlənmə

turkiyede-346-fehle-xestexanaliq-oldu
Oxunma sayı: 637

İzmirin Aliağa rayonunda yerləşən neftayırma zavodu inşaatında işləyən 346 fəhlə qida zəhərlənməsi şübhəsilə xəstəxanaya yerləşdirilib.

“Qafqazinfo” “Hürriyet”ə istinadən xəbər verir ki, işçilər günorta yeməyindən sonra baş dönməsi və ürək bulanması şikayətiylə xəstəxanaya çatdırılıb.

Aliağa Dövlət Xəstəxanasına aparılan işçilər yardım göstərilib. Vəziyyətləri yaxşılaşan işçilər evə buraxılıb.

 İşçilərin yeməyindən götürülən nümunənin araşdırmaq üzrə laboratoriyaya göndərildiyi bildirilib.