Türkiyədə 3.5 milyondan çox insan koronavirusa qarşı peyvənd olunub.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca öz tvitter hesabında məlumat verib.
Nazirin sözlərinə görə, bu günə qədər 3 milyon 560 mindən çox vətəndaşa vaksinin ilk dozası, 395 mindən çox insana isə ikinci dozası tətbiq edilib.
F. Qoca bildirib ki, peyvənd tətbiqində iki doza arasındakı fasilə 28 gün çəkib.
Bundan əlavə, nazir bu gün peyvənd olunan CHP sədri Kamal Kılıçdaroğluna da təşəkkür edib.
Qeyd edək ki, Türkiyədə kütləvi peyvəndlənmə kampaniyası yanvarın 13-dən etibarən başlayıb.
Son xəbərlər
Son Xəbərlər