Türkiyədə 4 günlük küçəyə çıxma qadağası başladı

turkiyede-4-gunluk-kuceye-cixma-qadagasi-basladi
Oxunma sayı: 2172

Türkiyənin 31 əyalətində və Zonquldak şəhərində bu gecədən etibarən dörd gün küçəyə çıxmaq qadağandır.

“Qafqazinfo” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, 23-26 aprel tarixlərini əhatə edəcək qadağa zamanı marketlər və dükanlar yalnız 2 gün – 23-24 aprel tarixində saat 09:00-dan 14:00-dək açıq olacaq. Bu müddət ərzində 65 yaşdan yuxarı və 20 yaşdan aşağı vətəndaşlar istisna olmaqla, digərləri ehtiyacları üçün avtomobillərdən istifadə etmədən marketlərə gedə bilərlər.

Şənbə-bazar günləri isə heç bir obyektin fəaliyyətinə icazə verilməyəcək.

Qadağanı pozanlar hüquqi müstəvidə cəzalandırılacaqlar.