Türkiyədə 40 nəfər saxlanıldı - Yenilənib + Fotolar

turkiyede-40-nefer-saxlanildi-
Oxunma sayı: 2479

İstanbulun Ortaköy ərazisində baş verən terror hadisəsi ilə bağlı daha bir əməliyyat keçirilib.

“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, Konyadan sonra İzmirdə reallaşan əməliyyatda 27 nəfər saxlanılıb.

Xüsusi polislərin iştirakı ilə şəhərin Bornova və Buca rayonlarında axtarış aparılıb, ərazilərə giriş-çıxış bağlanılıb.

Hələlik dörd ünvandan 27 nəfər saxlanılıb, gecə start götürən xüsusi əməliyyat davam etdirilir.

***

Anadolu Agentliyinin yaydığı məlumata görə, əməliyyat zamanı 40 nəfər saxlanılaraq polis şöbəsinə aparılıb.