Türkiyədə 44 hərbçi həbs olunub

turkiyede-44-herbci-hebs-olunub
Oxunma sayı: 822

Türkiyədə iyulun 15-də baş vermiş çevriliş cəhdindən sonra ölkədə kütləvi həbslər prosesi davam edir.

Qafqazinfo”nun Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, “FETÖ”çu qrupun təşəbbüsü ilə gerçəkləşən çevriliş cəhdində şübhəli bilinən 44 əsgər saxlanılaraq dindirilib. Onların sırasında 1 podpolkovnik, 5 mayor, 34 kapitan və 1 baş çavuş var.

Hüquq-mühafizə orqanlarının həmin şəxslərə məxsus evlərdə apardıqları axtarış əməliyyatları zamanı Fətullah Gülənən aid kitablar, hərbi çevrilişlə bağlı qeydlər, sənədlər aşkarlanıb.