Türkiyədə 45 tələbə saxlanıldı

turkiyede-45-telebe-saxlanildi
Oxunma sayı: 3127

Türkiyənin İstanbul şəhərində Boğaziçi Universitetinin tələbələri icazəsiz aksiya keçiriblər.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

Aksiyanın dağıdılması ilə bağlı çağırış edən təhlükəsizlik qüvvələrinə müqavimət göstərən 45 nəfər saxlanılıb.

Şübhəlilərin Polis Şöbəsindəki sorğuları davam edir.

Universitet Rektorluğundan bildirilib ki, bir qrup tələbə Rektorluq binasının qarşısındakı giriş-çıxışı bağlayaraq, qapının önündə çadır qurmaq istəyib.