Türkiyədə 463 aviareys təxirə salındı

turkiyede-463-aviareys-texire-salindi
Oxunma sayı: 1377

Türkiyə Hava Yolları (THY) İstanbul şəhərində hökm sürən əlverişsiz hava şəraitinə görə 327 səfəri təxirə salmalı olub.

Qafqazinfo”nun “Posta” qəzetinə istinadən verdiyi məlumata görə, THY güclü qar səbəbindən Atatürk və Sabiha hava limanlarında 26-27 yanvar tarixlərində 327 aviareysi ləğv edib.

Qeyd olunur ki, Pegasus Hava Yolları 110, Atlasglobal Hava Yolları 20, Onurair isə 6 səfəri təxirə salıb. Bununla Türkiyədə ümumilikdə, 463 reys ləğv olunub.