Türkiyədə 4,8 ballıq zəlzələ oldu

turkiyede-48-balliq-zelzele-oldu
Oxunma sayı: 862

Türkiyənin Manisa şəhərinin Akhisar rayonunda 4,8 bal gücündə zəlzələ baş verib.

“Qafqazinfo”nun xəbərinə görə, Fövqəladə və Təbii Fəlakətlər İdarəsi (AFAD) yeraltı təkanların saat 05:43-də Akhisarın Karabörklü məhəlləsində, yerin 7 km dərinliyində qeydə alındığına dair məlumat yayıb.

Qəndilli Rəsədxanası və Zəlzələ Araşdırma İnstitutu zəlzələnin 5 bal gücündə olduğunu bildirib.

Zəlzələ Bursa və İzmirdə də hiss edilib.

Dağıntılar və xəsarət alanlar barədə məlumat yoxdur.