Türkiyə polisi İstanbul şəhərinin 7 rayonunda əməliyyat aparıb.
“Qafqazinfo”nun “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, sabah keçiriləcək referendum öncəsi ölkədə terror aktı törətməyəyə hazırlaşan 49 nəfər saxlanılıb. Onların 8-i Türkiyə vətəndaşı, digərləri isə başqa millətlərin nümayəndələridir.
Polisin ilk ehtimalına görə, saxlanılan şübhəli şəxslərin İŞİD-lə əlaqəsi ola bilər.
Son xəbərlər
Son Xəbərlər