Türkiyədə 5 baldan çox zəlzələ oldu

turkiyede-5-baldan-cox-zelzele-oldu
Oxunma sayı: 1544

Türkiyənin Malatya vilayətinin Pütürge rayonunda 5,3 bal gücündə zəlzələ olub.

“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə  Türkiyə Fövqəladə və Təbii Fəlakətlər İdarəsi (AFAD) məlumat yayıb.

Yerin 7 kilometrliyində qeydə alınan təkanlar Diyarbakır, Şanlıurfa, Batman, Adıyaman və Elazığda hiss olunub.