Türkiyədə 5 ballıq zəlzələ oldu

turkiyede-5-balliq-zelzele-oldu
Oxunma sayı: 636

Türkiyənin Muğla vilayətinin Ula rayonunda zəlzələ baş verib.

“Qafqazinfo” “Milliyet”ə istinadən xəbər verir ki, Boğaziçi Universiteti Kandilli Rəsədxanası və Zəlzələ Araşdırma İnstitutunun məlumatına görə, 5 maqnitudalı yeraltı təkanların ocağı 5 km dərinlikdə yerləşib. 

Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar olmayıb.