Türkiyədə 5,3 bal gücündə zəlzələ oldu

turkiyede-53-bal-gucunde-zelzele-oldu
Oxunma sayı: 1086

Türkiyənin Antalya vilayətinin Alanya bölgəsinin sahillərində 5,3 bal gücündə zəlzələ baş verib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) yayıb.

Yeraltı təkanlar Bakı vaxtı ilə 07:21-də qeydə alınıb.

Hazırda zəlzələnin fəsadlarının olub-olmaması ilə bağlı araşdırma aparılır.