Türkiyədə 5,3 ballıq zəlzələ oldu

turkiyede-53-balliq-zelzele-oldu
Oxunma sayı: 1096

Egey dənizində, Muğlanın Datça rayonu sahillərində 5,3 bal gücündə zəlzələ baş verib.

“Qafqazinfo”nun Anadolu Agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Bildirilir ki, yeraltı təkanlar saat 01:14-də qeydə alınıb.

Dağıntılar və xəsarət alanlar barədə məlumat yoxdur.