Türkiyənin Bingöl şəhərində 5,8 bal gücündə zəlzələ olub.
"Qafqazinfo" xəbər verir ki, yerli saatla 17:24-də baş verən zəlzələnin ocağı 5 km dərinlikdə yerləşib.
Bingöl valisi Kadir Ekincinin sözlərinə görə, təbii fəlakət zamanı Dinarbey və Elmalı kəndlərində 10 ev çöküb, xəsarət alanlarla bağlı hələlik məlumat yoxdur.
Zəlzələ Diyarbəkir, Ərzurum, Muş və Malatyada da hiss edilib.
***
Türkiyənin Bingöl əyalətində baş verən zəlzələ nəticəsində 18 nəfər xəsarət alıb.
Bu barədə Türkiyənin vitse-prezidenti Fuat Oktay məlumat verib. Ölkənin Daxili İşlər naziri Süleyman Soylu isə bir nəfərin həlak olduğunu açıqlayıb.
Son xəbərlər
Son Xəbərlər