Türkiyənin Van vilayətinin Başqala qəsəbəsində 6 qanunsuz miqrantın donmuş cəsədi tapılıb.
“Qafqazinfo2 “Anadolu” agentliyinə istinadən xəbər verir ki, hadisə qəsəbənin İranla sərhəd bölgəsində baş verib.
Öncə 2 cəsəd tapılıb, polislərə məlumat verildikdən sonra bölgədə aparılan axtarışlar nəticəsində daha 4 cəsəd aşkarlanıb.
Cəcəsdlərin 20-25 yaşlarında oğlanlara məxsus olduğu ehtimal edilir.
Hadisə qışda baş versə də, qar əridikdən sonra cəsədlər üzə çıxıb.

Son xəbərlər
Son Xəbərlər