Aralıq dənizində Kipr sahillərində 6,4 bal gücündə zəlzələ baş verib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) yayıb.
Zəlzələ Türkiyə vaxtı ilə 04:07-də qeydə alınıb. 5,06 km dərinlikdə yerləşib.
Yeraltı təkanlar Mersin, Antalya, Adana, Konya və bir çox şəhərdə hiss edilib.
Dağıntı və xəsarət alanlarla bağlı məlumat daxil olmayıb.
Son xəbərlər
Son Xəbərlər