Türkiyədə 70 proqrama qadağa qoyuldu

turkiyede-70-proqrama-qadaga-qoyuldu
Oxunma sayı: 2222

Türkiyədə aralarında “GetContact”ın da yer aldığı telefon nömrəsi xidməti verən 70 proqrama girişə qadağa qoyulub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Ankara məhkəməsinə Elmi Texnologiya və Rabitə Qurumu tərəfindən müraciət edilib.

Məhkəmə həmin proqramların insanların şəxsi həyatına müdaxilə etdiyi qənaətinə gəlib və girişə qadağa qoyub.

Qeyd edək ki, qeydiyyatdan keçən üzvlərin telefon nömrələrini sistemin yaddaşında saxlayaraq digər üzvlərə göstərən “GetContact” proqramı bir müddət öncə Azərbaycanda da qadağan edilib.