Türkiyədə 73 uşaq meyvədən zəhərləndi

turkiyede-73-usaq-meyveden-zeherlendi
Oxunma sayı: 1122

Türkiyənin Adıyaman şəhərində Zeynəb Turqut adına məktəbdə zəhərlənmə hadisəsi qeydə alınıb.

“Qafqazinfo” NTV-yə istinadən xəbər verir ki, 4-cü sinif şagirdləri məktəb yaxınlığındakı səyyar satıcıdan aldıqları meyvəni yedikdən sonra halları pisləşib.

Uşaqların ürək bulanması və baş gicəllənməsi keçirdiklərini görən müəllimlər dərhal təcili yardıma məlumat veriblər. Hadisə yerinə gələn təcili yardım briqadaları 73 şagirdi zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdiriblər.

Hadisə ilə bağlı araşdırma aparılır.